“Səfirin Belqradın azad edilməsi zamanı Qırmızı Ordunun sıralarında neçə ukraynalı və ya rus olduğunu necə hesabladığını bilmirəm”
Serbiyanın Baş nazirinin müavini Aleksandr Vulin Böyük Britaniyanın səfiri Edvard Ferqyusona Yuqoslaviyanın İkinci Dünya müharibəsi zamanı “əsasən ukraynalılar tərəfindən azad edilməsi” ilə bağlı sözlərinə cavab verib. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Səfir Ferqyusonun Belqradın azad edilməsi zamanı Qırmızı Ordunun sıralarında neçə ukraynalı və ya rus olduğunu necə hesabladığını bilmirəm. Amma onu bilirəm ki, heç kim Qırmızı Ordunun tərkibində nə qədər britaniyalı, şotlandiyalı, irlandiyalı və ya uelsli pilot olduğunu hesablamırdı. 1944-cü ilin Pasxa bayramında uçan yüzlərlə bombardmançı Serbiyanı bombaladı”, - deyə siyasətçi bildirib.
Daha əvvəl Rusiyanın Belqraddakı səfirliyi bildirib ki, Ferqyuson İkinci Dünya müharibəsi zamanı “Serbiyanın azad edilməsində sovet əsgərlərinin rolunu aşağılamağa, Londonun serb torpaqlarının nasistlərdən təmizlənməsinə verdiyi töhfəni süni şəkildə artırmaq üçün tarixi həqiqəti təhrif etməyə” çalışıb.