Britaniya şahzadəsi Kiyevə gəlib

Dünya

12.09.2025 - 13:37

Harri Ukraynanın Baş naziri Yuliya Svırıdenko ilə görüşəcək

Britaniya şahzadəsi Harri Kiyevə gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, o Ukraynanın Baş naziri Yuliya Svırıdenko ilə görüşəcək.

Səfər zamanı Şahzadə Harri və onun təsis etdiyi “Invictus Games” Fondunun komandası Ukrayna Silahlı Qüvvələrinin yaralı hərbçilərinin reabilitasiyasına dəstək təşəbbüslərini müzakirə etməyi planlaşdırır.

Bu ilin aprelində Böyük Britaniya kralı III Çarlzın kiçik oğlu Ukraynanın qərbində yerləşən Lvov vilayətində xəstəxanaya baş çəkib.

Şahzadə Harri və onun amerikalı həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında Britaniya kral ailəsinin yüksək səviyyəli üzvləri kimi istefa verməyə qərar veriblər. Onlar monarxı səfərlərdə rəsmi təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək və Əlahəzrətləri titulundan istifadə etmək imkanını itiriblər. Onlar ABŞ-a köçüblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş