Britaniya Polşaya qırıcılarla bağlı kömək edəcək

Dünya

20.03.2023 - 08:45

“Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Böyük Britaniya Polşaya Hərbi Hava Qüvvələrinin gücünü artırmağa kömək etməyə hazırdır”.

AYNA xəbər verir ki, bunu Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi deyib.

“Biz Polşanın boşluqları doldurmaq istəyinə son dərəcə müsbət yanaşacağıq. Varşava ilk dəfə Ukraynaya T-72 əsas döyüş tanklarını verəndə biz onlara “Challenger 2” tanklarını verdik. Eyni şey qırıcılara da aiddir”-deyə, o bildirib.

Eyni zamanda Hippi aydınlaşdırıb ki, indiyədək Varşavadan bir dənə də olsun müraciət daxil olmayıb. O, Polşa hakimiyyətinin qərarını “vacib məqam” adlandırıb.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri üçün ən yaxşı həll yolu onların artıq tanış olduqları reaktiv təyyarələrdir:

“Digərləri üçün sual budur ki, biz onların texnikasını təmin edən hava qüvvələrinin potensialını nə dərəcədə bərpa edəcəyik”.

Müəllif: Ayna.az