“Rayonlarda mal-qaranın ağzına yara düşüb”
Xalq artisti Brilliant Dadaşova sosial media hesabında etiraz paylaşımı edib. AYNA.AZ xəbər verir ki, müğənni Qaraçuxurda pulsuz dönər paylanılmasını tənqid edib.
Xalq artistinin yayımladığı görüntülərdə azyaşlı uşaqların çoxluq təşkil etməsi diqqət çəkib: "Rayonlarda mal-qaranın ağzına yara düşüb. Uşaqlara bunu etməyin, vicdanınız olsun".
Qeyd edək ki, əksər rayonlarda haqiqətən də mal-qara arasında davaq xəstəliyi yayılıb.