Braziliyada təyyarə qəzası zamanı sərnişinlərin hamısı ölüb

Dünya

09.08.2024 - 23:29

Həkimlər Klinikalar SEO Xidməti

Təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb

Braziliyada göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan sərnişin təyyarəsi ölkənin cənub-şərqindəki San Paulo əyalətindəki Vinyedu bələdiyyəsi ərazisində qəzaya uğrayıb.

AYNA xəbər verir ki, bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb.

Təyyarə qəzası zamanı sərnişinlərin hamısı ölüb

Təyyarə Kaskaveldən (Parana ştatı) 58 sərnişin və dörd heyət üzvü ilə Quarulyos (San Paulo ) istiqamətində uçurmuş. Vineydu şəhərinin yaşayış yerlərindən birinə düşüb. Hadisə zamanı şəhərin təyyarənin düşdüyü ərazidəki heç bir sakini xəsarət almayıb.

Qəzanın səbəbləri məlum deyil.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş