BP-də çalışan azərbaycanlıların sayı açıqlanıb

İqtisadiyyat

12.02.2026 - 16:58

Şirkətin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2,9 faiz azalıb

2025-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2,9 faiz və ya 69 nəfər azalaraq 2344 nəfər olub. AYNA.AZ xəbər verir ki, bu barədə bp-nin 2025-ci ilin yekunlarına dair hesabatında qeyd edilib.

Bildirilib ki, bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş