Böyük Britaniyada meymunçiçəyinin yeni ştamı tapılıb

Dünya

02.09.2022 - 22:49

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib

Böyük Britaniyalı həkimlər meymunçiçəyinin yeni ştamına yoluxma halı aşkar ediblər.

AYNA xəbər verir ki, bu barədə “The Guardian” qəzeti Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, Liverpul Kral Universitetinin xəstəxanasına çatdırılan yoluxmuş şəxs bu yaxınlarda Qərbi Afrika ölkələrindən birinə səfər edib.

Qeyd olunub ki, söhbət Böyük Britaniyada müşahidə olunan cari epidemiya üçün xarakterik olmayan ştamdan gedir.

Ümumilikdə, sentyabrın əvvəlinə Böyük Britaniyada 3,4 min meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş