27 Avropa İttifaqı ölkəsinin xarici işlər nazirlərinin videokonfrans formatında fövqəladə iclası çağrılıb
Sentyabrın 30-da Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell Livandakı vəziyyəti müzakirə etmək üçün 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin videokonfrans formatında fövqəladə iclasını çağırıb. AYNA xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin xarici siyasət xidmətinin Ali Nümayəndəliyindən bildirilib.
"Biz təsdiq edirik ki, Ali Nümayəndə bu gün saat 17:00-da (Bakı vaxtı ilə 19:00) Aİ-nin Livandakı son eskalasiyaya reaksiyasını müzakirə etmək üçün fövqəladə qeyri-rəsmi videokonfrans çağırıb", bildirilib.