Borrell Kiyevdə bomba sığınacağında – FOTO

Dünya

11.11.2024 - 16:22

Həkimlər Klinikalar SEO Xidməti

Avropa diplomatiyasının rəhbəri bomba sığınacağında görünüb

Ukraynaya səfər edən Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borrell Kiyevdəki bomba sığınacağında görünüb. AYNA xəbər verir ki, bu barədə Borell “X” sosial şəbəkə hesabında paylaşım edib.

Avropa diplomatiyasının rəhbəri yazıb: “Mən Kiyevdə günə Rusiya raket zərbəsi endirəndə qorunmaq üçün olan sığınacaqda başlayıram”.

Borrell paylaşımında dəhlizdə idman kostyumu ilə “sığınacaq” yazılan lövhənin fonunda dayandığı fotosunu yerləşdirib.

Qeyd edək ki, noyabrın 9-da Avropa Xarici İşlər Xidmətinin rəhbəri Ukraynaya səfər edib. Səfər zamanı Borell Ukraynaya hərbi dəstəyin artırılmasının, eləcə də Rusiya ərazisindəki hərbi obyektlərə zərbələrin endirilməsinin tərəfdarı olduğunu bəyan edib.

Borrell Kiyevdə bomba sığınacağında –
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş