Bolqarıstanda koronavirusla bağlı son vəziyyət

Dünya

10.10.2020 - 07:18

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 

 

Bolqarıstanda artıq dörd gündür koronavirusla bağlı vəziyyətdə rekord göstəricilər qeydə alınır.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, son sutka ərzində ölkədə rekord sayda – 612 nəfərdə koronavirus aşkarlanıb ki, bu da ötəngünkü göstəricədən 96 nəfər çoxdur. Bolqarıstanda koronavirusa yoluxanların ümumi sayı 24 191-dir.

 

Son sutka ərzində koronaviruslu 7 pasiyent dünyasını dəyişib, ölüm hallarının ümumi sayı 887-yə yüksəlib.

 

Hazırda xəstəxanalarda 1 131 pasiyentin müalicəsi davam etdirilir, onlardan 58-i intentiv terapiya şöbələrindədir. Pandemiyanın başladığı vaxtdan indiyədək ölkədə 15 713 nəfər sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş