Yanğının söndürülməsi işləri aparılır
Bolqarıstan və Yunanıstan sərhədində dağlıq əraziləri bürüyən yanğınları ikinci həftədir ki, söndürmək mümkün olmur. AYNA xarici mediaya istinadən bildirir ki, Slavyanka dağlarının Yunanıstan hissəsində böyük yanğının yeni mənbəyi sərhədi keçib və yanğının perimetri Bolqarıstan ərazisinin 120 hektarını əhatə edib.
Buldozerlər yanğının yayılmasını məhdudlaşdırmaq üçün geniş qoruyucu xəndəklər qazırlar. Katuntsi kəndinin meşə təsərrüfatının direktoru Plamen Poyukov məsələni belə izah edib.
“Şərqdə və şimalda yanğın az olsa da, Əlibotuş bioloji qoruğunun çox böyük hissəsini əhatə edib. Yanğınsöndürənlər, meşə təsərrüfatının əməkdaşları və hərbi qulluqçular bu gün bütün relyef yanğınsöndürən maşınlarda yanğın ərazisinə gedərək, yanğının daha da yayılmasını məhdudlaşdırmaq üçün su zolaqları yaratmağa çalışacaqlar”, - Poyukov bildirib.
Əlavə edib ki, hələlik mülki əhalidən könüllülərə ehtiyac olmadığı kimi, yaşayış məntəqələri üçün də təhlükə yoxdur.
Dünən gələn və Bolqarıstan helikopterləri ilə birlikdə işləyən İspaniya təyyarələri artıq yanğının söndürülməsinə qoşulub.