Boksçularımız dünya çempionatında 2 medal qazanıblar

İdman

13.09.2025 - 13:05

Səidcəmşid Cəfərov və Alfonso Dominqes mundialı 3-cü pillədə başa vurublar

Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar.

Azərbaycan Boks Federasiyasından AYNA.AZ-a bildirilib ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kiloqram) və Alfonso Dominqes (90 kiloqram) mundialı 3-cü pillədə başa vurublar.

Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçumuz bürünc medala sahib olub.

Alfonso Dominqes (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub.

Boksçularımız dünya çempionatında 2 medal qazanıblar
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş