Teymur Rəcəbov heç-heçə edib

İdman

10.02.2021 - 04:36

Turnir fevralın 14-dək davam edəcək

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin 1/4 finalında Niderland təmsilçisi Aniş Giri ilə 4 partiyadan ibarət birinci matçda mübarizə aparıb.

 

AYNA xəbər verir ki, ilk iki partiyada rəqibi ilə heç-heçə edən şahmatçımız üçüncü partiyada inamlı qələbə qazanıb. Sonuncu partiyada rəqibinə məğlub olması ilə hesab bərabərləşib.

 

Qeyd edək ki, 1/4 final mərhələsi iki matçdan ibarətdir. Turnir fevralın 14-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır ki, onun da 30 minini qalib alacaq.

 

Xatırladaq ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Müəllif: Ayna.az