"Atletiko"nun futbolçusunda koronavirus aşkarlanıb

İdman

09.05.2020 - 05:12

Həkimlər Klinikalar SEO Xidməti

22 yaşlı braziliyalının testi müsbət nəticə verib

 

İspaniyada koronavirus infeksiyasına yoluxan futbolçulardan birinin adına aydınlıq gəlib.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, bu, "Atletiko"nun müdafiəçisi Renan Lodidir.

 

22 yaşlı braziliyalının testi müsbət nəticə verib. Bu üzdən cinah oyunçusu Madriddəki evində karantinə alınıb və həkim nəzarətinə götürülüb. Lodinin özünü yaxşı hiss etdiyi açıqlanıb. O, cari mövsüm "Atletiko"nun heyətində 33 matçda meydana çıxıb.

 

Qeyd edək ki, bu gün La Liqada 3, Sequndada isə 2 futbolçunun koronavirusa yoluxduğu açıqlanıb.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət