Boçorişvili: "Biz Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq"

Dünya

05.12.2025 - 17:56

"Biz tərəfdaşlarımıza Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə minnətdarıq”

“Gürcüstanın məqsədi Rusiya ilə münaqişəni sülh yolu ilə həll etmək və ərazi bütövlüyünü bərpa etməkdir”. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Gürcüstanın sülh siyasəti işğala son qoymağa və işğal xətləri ilə parçalanmış cəmiyyəti birləşdirməyə yönəlib.

"Biz tərəfdaşlarımıza Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə minnətdarıq. Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həllinin ATƏT və digər beynəlxalq təşkilatların gündəliyində yüksək yer tutması vacibdir", - Boçorişvili əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş