BMT tribunasında Putin qul sahibi ilə müqayisə edildi

Dünya

26.09.2024 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

“Mafioz dövlətinizi korrupsiya üzərində qurulmuş mafiya imperiyası ölçüsünə qədər genişləndirmək istəyirsiniz”

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən Rusiya Prezidenti Vladimir Putini “mafioz dövlətin başçısı” adlandırıb və onu qul sahibi ilə müqayisə edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Lammi vurğulayıb ki, Rusiya Ukraynaya təcavüz etməklə beynəlxalq hüququ pozub, Qlobal Cənub adlanan qurumun maraqlarını qorumaq üçün yalan iddialar arxasında gizlənib.

“Sizin işğalınız öz maraqlarınız üçündür. Mafioz dövlətinizi korrupsiya üzərində qurulmuş mafiya imperiyası ölçüsünə qədər genişləndirmək istəyirsiniz”, nazir Putinə müraciətində qeyd edib.

XİN başçısı köləlik tarixi ilə də paralellər apararaq deyib ki, təkcə britaniyalı, londonlu və xarici işlər naziri kimi deyil, həm də tarixin bu hissəsi ilə dərin şəxsi əlaqəsi olan biri kimi danışır: “Mən burada həm də qaradərili adam olaraq danışıram. Afrikadan silah gücünə zəncirlənərək qul edilmək üçün götürülənlərin nəslindənəm. Əsarətə düşənlərin böyük üsyanında üsyan edib vuruşanların nəslindənəm. İmperializm - mən bunu bilirəm. Və mən Putini indi qul sahibi adlandıracağam”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş