Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
BMT Təhlükəsizlik Şurası mayın 5-də Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
AYNA xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iş proqramında yayılan məlumatda qeyd olunub.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bundan əvvəl Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord BMT-nin baş katibi Antonio Quterreşin Kiyevə səfərinin də müzakirə olunacağını bildirmişdi.