BMT-nin iqlim konfransı təxirə salınıb

Dünya

29.05.2020 - 13:54

BMT-nin iqlim dəyişikliyi ilə bağlı konfransı gələn ilə keçirilib


Növbəti beynəlxalq iqlim dəyişiklikləri ilə bağlı konfransın vaxtı dəyişib. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu ilin noyabrında keçirməli olan konfrans pandemiya böhranı səbəbindən gələn ilə qalıb. Konfrans 2021-ci ilin noyabrının 1-12 tarixlərində baş tutacaq. 


Məlumta görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəfləri Konfransı Bürosu bu gün Birləşmiş Krallıq və italyan tərəfdaşları ilə birlikdə yeni qərarla bağlı razılığa gəliblər.


Qeyd edək ki, qlobal iqlim dəyişikliyi ilə bağlı konfrans əvvəlcə iki ildə bir keçirilməli idi, amma 2000-ci illərdə iqlim problemi o qədər kəskinləşdi ki, danışıqlar hər il aparılmağa başladı.15 ildir ki, müntəzəm illik konfrans keçirilir. Təşkilatçılar pandemiyanın vacib ətraf mühit layihələrini də yarımçıq qoyduğunu bildirib.

Müəllif: Ayna.az