Qətnamə Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən yekdilliklə qəbul edilib
BMT Təhlükəsizlik Şurası (TŞ) BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mandatını daha bir il uzadıb. AYNA xarici mediaya istinadən bildirir ki, Fransanın irəli sürdüyü qətnamədə mandatın 31 avqust 2025-ci ilə qədər uzadılması tələb olunub.
Qətnamə səsə qoyularaq Təhlükəsizlik Şurasının 15 üzvü tərəfindən yekdilliklə qəbul edilib.
Xatırladaq ki, Livanda BMT sülhməramlı missiyası 1978-ci ildən Livanın İsraillə cənub sərhədlərində fəaliyyət göstərir. Missiyanın mandatı hər il yenilənir.