BMT Baş Assambleyası qətnamə qəbul edib
BMT Baş Assambleyası İsraili tutduğu Qolan təpələrindən çıxmağa çağıran qətnamə qəbul edib. AYNA xəbər verir ki, qətnamənin həmmüəllifləri Misir, İordaniya, İraq, BƏƏ, Suriya və digərləridir.
Sənədin lehinə aralarında Rusiya, Braziliya, Hindistan və Çin olan 91 ölkə səs verib. Əleyhinə isə ABŞ və Böyük Britaniyanın da içərisində olduğu 8 ölkə səs verib. 62 ölkə bitərəf qalıb.
Qeyd edək ki, Qolan təpələri İsrail və Suriyanın iddia etdiyi mübahisəli ərazidir. 1944-cü ildən 1967-ci ilə qədər Suriyaya aid olub, lakin sonra altı günlük müharibə zamanı İsrail tərəfindən tutulub.
İsrailin Qolan üzərindəki suverenliyi hələ də BMT tərəfindən tanınmır və bir çox ölkələr tərəfindən mübahisələndirilir. Lakin 2019-cu ilin martında ABŞ-ın keçmiş Prezidenti Donald Tramp tərəfindən Qolan təpələrinin İsrailə aid olması tanınıb.
1967-ci ildən İsrail bu ərazidə bir neçə yaşayış məntəqəsi salıb.