BMT İsraili “qara siyahı”ya salıb

Dünya

07.06.2024 - 14:02

Həkimlər Klinikalar SEO Xidməti

BMT-nin “qara siyahı”sının yenilənmiş variantı gələn həftə ictimaiyyətə açıqlanacaq

BMT-nin baş katibi Quterreş İsrailin ABŞ-dakı hərbi attaşesinə İsraili “silahlı münaqişə zonalarında uşaqlara zərər verən” ölkələrin “qara siyahı”sına daxil etmək qərarı barədə məlumat verib. AYNA xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.

Qeyd olunub ki, BMT-nin “qara siyahı”sının yenilənmiş variantı gələn həftə ictimaiyyətə açıqlanacaq.

“İsrail bu qərarın... dünya ölkələrinin sanksiyalarına, o cümlədən İsrailə silah tədarükünün birbaşa nəticələrinə səbəb olacağından qorxur”, - deyə məlumatda bildirilib.

Qeyd edək kik, bu siyahıya artıq Əfqanıstan, Kolumbiya, Konqo, İraq, Mali, Myanma, Somali, Sudan, Yəmən və Suriya, eləcə də bəzi terror təşkilatları daxil edilib. İsrail mediası qeyd edir ki, siyahıya daxil edilən ilk demokratik dövlət İsrail olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş