BMT-dən Homsdakı terrora reaksiya

Dünya

27.12.2025 - 13:48

Baş katibi Suriyadakı terror aktını pisləyib

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın Homs şəhərindəki Əli ibn Əbi Talib məscidində cümə namazı zamanı törədilmiş terror aktını qətiyyətlə pisləyib.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Quterreş mülki şəxslərə və ibadət yerlərinə hücumların qəbuledilməz olduğunu bildirib. Baş katib həlak olanların ailələrinə başsağlığı verib və yaralılara şəfa diləyib.

Qeyd edək ki, Suriyanın Homs şəhərindəki İmam Əli məsciddə cümə günü baş verən partlayış nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş