BMT-dən Azərbaycanda müharibədən zərər görmüş qadınlara yardım

Xəbərlər

05.02.2021 - 14:48

Həkimlər Klinikalar SEO Xidməti

UNFPA son münaqişədən zərər çəkmiş qadın və qızlara daha 1400 fərdi yardım dəsti paylayıb

 

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstəyi davam etdirir. Bu barədə AYNA-ya  UNFPA-NIN Azərbaycan nümayəndəliyindən bildirilib.

 

Qeyd edilib ki, UNFPA tərəfindən daha 1400 fərdi yardım dəstinin tədarük edilərək, Ağdam, Bərdə, Tərtər, Ağcabədi, Göygöl, Goranboy, Gəncə və Mingəçevirdə yaşayan və həssas əhali qrupuna aid olan qadın və qızlara çatdırılması həyata keçirilib.

 

“Sözügedən yardım dəstlərinin tərkibi qeyd olunan regionlarda fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri və bir sıra qeyri-hökumət təşkilatlarının daha öncə birgə həyata keçirdiyi ehtiyacların qiymətləndirilməsi üzrə çalışmalar nəticəsində müəyyən olunub və əsas etibarilə qadın və qızlar üçün gündəlik gigiyenik vasitələri, eləcə də COVID-19 xəstəliyinin profilaktikası üçün nəzərdə tutulan ləvazimatlardan ibarətdir”, - məlumatda vurğulanıb.

 

Qeyd edək ki, UNFPA tərəfindən oxşar fəaliyyət ötən ilin noyabr-dekabr aylarında baş tutmuş qadınlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq kampaniyası çərçivəsində də həyata keçirilib. Həmin dövrdə 400-dək yardım dəstinin Ağdam və Tərtərdə müvəqqəti məskunlaşmış qadınlara paylanılması icra edilib.

 

UNFPA-nın Azərbaycandakı nümayəndəliyi sözügedən fəaliyyətlərin təşkilində verdiyi dəstəyə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə minnətdarlığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş