Müzakirələr ABŞ-ın Ukraynaya hərbi dəstək verməməsi ilə bağlı narahatlıqların artması fonunda baş tutub
NATO üzvləri Münxendə keçirilən təhlükəsizlik konfransında Alyansa üzv dövlətlərdən birinə Rusiyadan hücum ehtimalı müzakirə olunub. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
“NATO üzvləri indi təkbətək olaraq Rusiyanın onlardan birinə hücum təhlükəsindən danışırlar”, - nəşr yazıb.
Məlumata görə, müzakirələr ABŞ-ın Ukraynaya hərbi dəstək verməməsi ilə bağlı narahatlıqların artması fonunda baş tutub.
Bundan əlavə, qeyd edilir ki, NATO-da ABŞ-ın Avropanın müdafiəçisi kimi ənənəvi rolunu saxlayacağına şübhələr artır.