Blinken: "İsveç tezliklə NATO-ya qoşulacaq"

Dünya

21.12.2023 - 01:37

cedabet dərman SEO Xidməti

Blinken 2023-cü ildə NATO-nun daha ​​böyük və daha güclü olduğunu deyib

İsveç tezliklə NATO-ya qoşulacaq və bu, alyansın “potensialını gücləndirməyə” xidmət edəcək.

AYNA "Report"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Dövlət Departamentində ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2023-cü ildə Şimali Atlantika Alyansı “daha ​​böyük və daha güclü” olub.

“Bu il NATO-ya 31-ci üzvü Finlandiya qoşulub və İsveç də yaxın gələcəkdə bura qoşulacaq ki, bu da müdafiə alyansının potensialını gücləndirəcək və imkanlarını qüvvətləndirəcək”, – ABŞ dövlət katibi bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş