“Amerikalılara hücum edilərsə, cavab qətiyyətli, sürətli və sərt olacaq”
ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Tehranla müharibə istəmədiyini, lakin Fələstin-İsrail münaqişəsi zamanı onun nümayəndələrinə hücum ediləcəyi təqdirdə cavab veriləcəyini bildirib.
AYNA xəbər verir ki, dövlət katibi bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Birləşmiş Ştatlar İranla münaqişə axtarmır, biz bu müharibənin genişlənməsini istəmirik. Amma İran və ya onun qüvvələri ABŞ hərbçilərinə hər hansı bir zərbə endirərsə, cavab qətiyyətli, sürətli və sərt olacaq.
Blinken həmçinin BMT Təhlükəsizlik Şurasını İran və onun havadarlarını İsrailə qarşı ikinci cəbhə açmamaq barədə xəbərdar etməyə çağırıb.