Biznes qurmaq adı ilə 400 minlik dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Xəbərlər

25.05.2024 - 13:54

Nihad Rəhimli barəsində həbs qətimkan tədbiri seçilib

Nihad Rəhimli adlı şəxsin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib satmaq adı ilə vətəndaşın 355 min manat pulunu ələ keçirməsi barədə polisə məlumat daxil olub.

Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən edilib. O, Dubayda otel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.

N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Müəllif: Ayna.az