Çexiya Prezidenti: “Ukraynanın Rusiyaya ərazi güzəştinə getməli olacağı ssenarisi istisna deyil”
“Ukraynanın sülh sazişi bağlamaq üçün Rusiyaya ərazi güzəştinə getməli olacağı ssenarisi istisna deyil”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Çex Respublikasının Prezidenti Petr Pavel deyib.
“Biz hər şeyi edəcəyik ki, Ukrayna bu il qalib gəlsin. Amma digər mümkün nəticələrə də hazır olmalıyıq”, - Çexiya Prezidenti əlavə edib.
Pavel eyni zamanda, əlavə edib ki, Ukraynanın bütün ərazisinin qaytarılması “çox ağır qiymətə” başa gələ bilər.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiyanın mövcudluğu ilə bağlı sual yaranarsa, bu, təkcə Ukraynada həll olunmayacaq.