Birləşmiş Krallığın borcu rekord həddə çatır

Dünya

22.05.2020 - 11:58

cedabet Klinikalar SEO Xidməti

“Bu, hökumətin maliyyəsindəki əhəmiyyətli dəyişikliklərdir”

 

Birləşmiş Krallığın Milli Statistika İdarəsinin məlumatına görə, hökumətin aprel ayında borc alması rekord göstəriciyə çatıb. AYNA xarici mediaya əsasən xəbər verir ki, koronavirus pandemiyasının hələ də davam edən ölkədə, bu rəqəmin 62,1 milyard funt sterlinqə (75,8 milyard dollara) sıçraması proqnozlaşdırılır.

 

Milli Statistika İdarəsi borcu 2019-cu ilin eyni vaxtı ilə müqayisə edib və bu məbləğin 51,1 milyard funt sterlinq çox olduğu üzə çıxıb.

 

İdarənənin rəsmisi Conatan Athov deyib ki, bu, görülən ən yüksək rəqəmlərdir: “Keçən ilin aprel ayı ilə müqayisə etsəm, indi borc təxminən altı dəfə çoxdur. Bu, hökumətin maliyyəsindəki əhəmiyyətli dəyişikliklərdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş