Mehriban Əliyeva Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Paris Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili ilə bağlı paylaşım edib.
AYNA xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Paris Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır! İdmançımızı təbrik edir, ona yeni qələbələr nailiyyətlər arzulayıram!”.