Səfiyyə Rəhimova və Müsaddin Rəhimovun nəşi Saatlıda torpağa tapşırılıb
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovla Saatlı rayonunun Orta Muğan kəndində keçirilən vida mərasimi başa çatıb. AYNA xəbər verir ki, şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində dəfn olunub.
Mərasimdə şəhidlərin doğmaları, Saatlı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.