Şəhidlər Bakıda “Dədə Qorqud” Şəhidlər Xiyabanında dəfn ediliblər
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçilər - Abbasov Rəfael Sultan oğlu, Əliyev Əliyar Fərrux oğlu, Bayramov Azər Zirəddin oğlu və Mehdiyev İlham İmdad oğlunun nəşinin qalıqları ailələrinə təhvil verilib. AYNA.AZ bildirir ki, şəhidlərlə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidlərin nəşinin qalıqları Suraxanı rayonu, “Dədə Qorqud” Şəhidlər Xiyabanında dəfn olunub.
Xatırladaq ki, Rəfael Abbasov, Əliyar Əliyev və Azər Bayramov 8 may 1992-ci ildə Şuşa şəhərində, İlham Mehdiyev isə 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşüblər.