Birinci Qarabağ müharibəsi şəhidinin qalıqları dəfn olunub

Xəbərlər

30.10.2025 - 17:44

Hərbçi Elçin Quliyevin qalıqları “Dədə Qorqud” Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Bu gün Birinci Qarabağ müharibəsində itkin düşən şəhid hərbçi Quliyev Elçin Balaxan oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib. AYNA.AZ xəbər verir ki, şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Suraxanı rayonu, “Dədə Qorqud” Şəhidlər Xiyabanında dəfn olunub.

Qeyd edək ki, şəhid Elçin Quliyev 1965-ci ildə Sabirabad rayonunun Vladimirovka kəndində doğulub və 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş