Netanyahu iki həftə sonra korrupsiya iddiaları ilə mühakimə olunmağa başlayacaq
İsraildə son bir ildə üçüncü dəfə parlament seçkiləri keçiriləcək.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb olaraq Baş Nazir Netanyahu və onun əsas rəqibi Benni Qantzin koalisiya hökumətini yaratmaq üçün deputatlardan kifayət qədər dəstək ala bilməməsidir.
Bundan əlavə, Netanyahu iki həftə sonra korrupsiya iddiaları ilə mühakimə olunmağa başlayacaq.
Qeyd edək ki, martın 17-də Baş Nazirə ittihamların oxunacağı iclasda iştirak etmək tapşırılıb.