Binəqədidə maşın qaçıran şəxs saxlanılıb

Xəbərlər

17.01.2026 - 15:09

Binəqədi rayonu ərazisində zərərçəkən polisə müraciət edərək “VAZ-2107” markalı avtomobilinin yaşadığı ünvanın yaxınlığından qaçırıldığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, Binəqədi RPİ 6-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ə.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, o, nəqliyyat vasitəsini qaçırandan sonra yolda olarkən nasazlıq yaranması səbəbilə avtomobili yaxınlıqdakı parklanma yerində saxlayaraq oradan uzaqlaşıb.

Araşdırma davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş