Piyada hadisə yerində ölüb
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA AZ-ın xəbərinə görə, Binə qəsəbəsi Atçılıq yaşayış massivində “Ford Tranzit” markalı yük avtomaşının sürücüsü - 1991-ci il təvəllüdlü Cavadov Famil Faxrət oğlu piyada - 1952-ci il təvəllüdlü Fətəliyev Arif Qədimulla oğlunu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.