Biləsuvarın bəzi ərazilərində qazın verilişi dayandırılıb

Xəbərlər

27.08.2024 - 16:02

cedabet dərman SEO Xidməti

Rayonun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb

Biləsuvar rayonunun 5 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, rayon ərazisində yerləşən "Ovçubərə" qaz paylayıcı stansiyadan qidalanan Əsgərabad kəndi istiqamətində yeraltı polietilen qaz kəmərinin kipliyə yoxlanılması üçün Ovçubərə, Amankənd, Dərvişli, Aşağı Cürəli və Əsgərabad kəndlərinin ümumilikdə 2 200 abonentinin təbii qaz təchizatı işlər yekunlaşana qədər dayandırılıb.

Qurum abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş