Təzyiqdən öldüyü deyilən 72 yaşlı Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyələşib
Biləsuvar sakini boğularaq öldürülüb, bəzi təfərrüatlar məlum olub. AYNA.AZ-ın APA-ya istinadən verdiyi xəbərə görə, bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyələşib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub.
Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.