Biləsuvarda “Man” “KamAZ”a çırpılıb

Hadisə

02.08.2021 - 00:41

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində ölən və yaralananlar var

 

Biləsuvar rayonunda ağır yol qəzası baş verib. AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, “Man” markalı yük avtomobili qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

 

“KamAZ” sonra zərbənin təsirindən yoldan çıxaraq aşıb.

 

Qəza nəticəsində “Man” markalı avtomobilinin sürücüsü hadisə yerində ölüb. Habelə “KamAZ”da olan Salyan rayonu Şorsulu kənd sakinləri - 1997-ci il təvəllüdlü Qafarov Yasər Ağahüseyn oğlu, 1995-ci il təvəllüdlü Əliyev Gülağa Urfan oğlu və 1996-cı il təvəllüdlü Miriyev Böyükağa Ağalar oğlu müxtəlif xəsarətlər alıblar.

 

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Qəzada ölən şəxsin kimliyi dəqiqləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş