“Bild”: Zelenski yaxın bir neçə həftə ərzində ABŞ-a səfər edəcək

Dünya

15.09.2024 - 14:23

Həkimlər Klinikalar SEO Xidməti

Ukrayna Prezidenti Baydendən Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsini xahiş edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a səfər edərək ölkə Prezidenti Co Baydendən uzaq mənzilli Qərb silahları ilə Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün şəxsən icazə istəməyə hazırlaşır. AYNA xəbər verir ki, bu barədə “Bild” yazıb.

“Zelenski yaxın bir neçə həftə ərzində ABŞ-a səfər edəcək və strategiyasını orada həm Baydenə, həm də prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcək”, - materialda deyilir.

“Times”a görə, Bayden Zelenski qələbə planını təqdim etməyənə qədər Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş