Beyləqanda silahlı insident

Hadisə

06.09.2025 - 16:58

Kafedə 2 nəfər güllələnib

Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) AYNA.AZ-a bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb.

“Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş