Bəşər Əsədin əmisi oğlu həbs edilib

Dünya

16.10.2025 - 18:16

"Suriya təhlükəsizlik qüvvələri Nəmir Əsədi həbs edib"

Ötən ilin dekabrında devrilmiş Prezident Bəşər Əsədin əmisi oğlu Nəmir Əsəd Suriyada həbs edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

"Suriya təhlükəsizlik qüvvələri Bəşər Əsədin əmisi oğlu Nəmir Əsədi həbs edib", - mənbə agentliyə bildirib.

Hələlik əlavə məlumat verilməyib.

Daha əvvəl bildirilmişdi ki, Suriya lideri Əhməd əl-Şaraa Moskvaya səfəri zamanı suriyalılara qarşı cinayətlərə görə mühakimə olunmaq üçün Əsədin ekstradisiyasını rəsmi şəkildə tələb etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş