Bərdədə toyda kütləvi zəhərlənmə olub

Hadisə

19.07.2021 - 08:24

Həkimlər Klinikalar SEO Xidməti

6 nəfər xəstəxanaya yerləşdirilib

 

Bərdədə kütləvi zəhərlənmə qeydə alınıb. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə toy məclislərinin birində baş verib.

 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə olunan məlumata görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Səkinə Həsənova, Tərtər rayon sakinləri - 2006-cı il təvəllüdlü Məmmədli Tükəzban Seymur qızı, 1970-ci il təvəllüdlü Məmmədov Seymur Təşkilat oğlu, Bərdə rayon sakinləri - 1974-cü il təvəllüdlü Muradov Ceyhun Məhyəddin oğlu, 1999-cu il təvəllüdlü Muradov Elzamin Hüseyn oğlu, 1944-cü il təvəllüdlü Muradov Məhyəddin Həsən oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş