Bərdədə karantin qaydalarını pozan kafe aşkarlanıb

Xəbərlər

20.07.2020 - 14:39

cedabet dərman SEO Xidməti

Polisin tələblərinə əməl etməyən kafe sahibi və müştərilər Polis Şöbəsinə gətiriliblər

 

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə Regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Zümürxan kəndi ərazisində Q.Bayramlıya məxsus kafenin rayon ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən edilib.

 

Q.Bayramlı və kafenin müştəriləri - F.Əliyev və B.Hümbətov karantin qaydalarını pozub və sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiklərinə görə saxlanılaraq, Polis Şöbəsinə gətiriliblər.

 

Onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə təqsirli bilinərək, məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş