Qaradağlı kənd sakini Natiq Əhmədov qanunsuz ağac kəsdiyinə görə cərimələnib
Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, araşdırma zamanı ağacların Bərdə rayonu, Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.
Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1 435 manat məbləğində cərimə edilib.