Bərdədə 24 yaşlı oğlan kanalda batıb

Hadisə

27.04.2022 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub

Bərdədə 24 yaşlı oğlan kanalda batıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. 

Qeyd olunub ki, "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Alpout kəndi ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Orucov Elməddin Yusif oğlunun batması barədə məlumat daxil olub. 

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş