“Bölgədəki sülh İran üçün sülh deməkdir”
“Qafqaz regionu İran üçün vacibdir və bölgədəki sülh İran üçün sülh deməkdir”. AYNA.AZ “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Beqayi mətbuat konfransında son beynəlxalq hadisələri şərh edərkən deyib.
Beqayi İran müdafiə nazirinin Bakıya səfərinin və təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələrin əhəmiyyətini vurğulayıb: "Bu səfər vacib idi və İranın qonşu ölkələrlə bütün səviyyələrdə etimad və əməkdaşlığı gücləndirmək əzmini nümayiş etdirir. Qafqaz regionu İran üçün vacibdir və oradakı sülh bizim üçün sülh deməkdir".
O əlavə edib ki, müdafiə nazirinin səfəri zamanı ikitərəfli müdafiə və təhlükəsizlik əməkdaşlığı müzakirə olunub.
"Biz inanırıq ki, bu səfər təhlükəsizlik sahəsində iki ölkə arasında etimadı yaxşılaşdıracaq və gücləndirəcək", - deyə o qeyd edib.