Belqorodda həyəcan siqnalı: raket təhlükəsi elan edilib

Dünya

30.04.2024 - 10:38

Vətəndaşlar pəncərələrə yaxınlaşmamağa və möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmağa çağırılıb

Rusiyanın Belqorod vilayətində raket xəbərdarlığı sirenası işə salınıb. AYNA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bu gün səhər öz “Telegram” kanalında məlumat verib.

Vətəndaşlar pəncərələrə yaxınlaşmamağa və möhkəm divarları olan pəncərəsiz otaqlara sığınmağa çağırılıb.

Küçədə olanlara sığınacaq və ya başqa təhlükəsiz yerə getmələri tövsiyə olunub.

Bundan əvvəl aprelin 30-na keçən gecə Belqorod şəhəri və Belqorod vilayətində raket xəbərdarlığı elan edilib. Yarım saatdan sonra xəbərdarlıq ləğv edilib.

Müəllif: Ayna.az