Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı açıqlandı

Siyasət

22.12.2019 - 12:47

Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

 

“Sabah keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı 41462 nəfərdir”.

 

AYNA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, onlardan bir qismi sonradan namizədliklərini könüllü şəkildə geri götürüblər: “Namizədlərin üç-də biri 13 siyasi partiyanın nümayəndələridir, üçdə ikisii isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır”.

Müəllif: Ayna.az