Virusun aşkar edildiyi müəssisə Fransa sərhədi yaxınlığında yerləşir
Belçikada quşçuluq fermasında H5N1 quş qripinin yeni yüksək patogenli ştamının epidemiyası baş verib. AYNA-nın məlumatına görə, “Reuters” bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına istinadən xəbər verir.
Virusun aşkar edildiyi müəssisə Fransa sərhədi yaxınlığında yerləşir.
Epidemiyanın qarşısını almaq üçün mütəxəssislər 20 min 100 quşu kəsməyə məcbur olublar.